"O gündən “Arsenal”a nifrət edirəm” - Adebayor

Emmanuel Adebayor “Arsenal”dan ayrılaraq, “Mançester Siti”yə keçməsinin səbəbləri barədə danışıb.

Prosport.Az xəbər verir ki, “Arsenal” azarkeşləri “Mançester Siti”yə keçdiyinə görə Adebayoru "satqın" adlandırmışdılar. Hazırda karyerasını Türkiyədə davam etdirən futbolçu bildirib ki, “Arsenal”ı məhz baş məşqçi Arsen Vengerin təkidindən sonra tərk edib:

“Vengerin otağında onunla görüşdüm. O, mənə dedi ki, özünə yeni komanda tap. Mən isə qalmaq istədiyimi bildirdim. Venger dedi ki, sənə heç bir şans verməyəcəm, ya getməlisən, ya da ehtiyatda qalacaqsan. Bundan sonra “Mançester Siti”nin təklifini qəbul etmək məcburiyyətində qaldım.

Bir neçə gündən sonra isə Arsen Venger açıqlama verdi ki, guya mən “Mançester Siti”ni pula görə seçmişəm. Azarkeşlər də əleyhimə qalxdılar. O gündən “Arsenal”a nifrət edirəm”.

 

Qeyd edək ki, Adebayor “Arsenal”da 2006-2009-cu illərdə çıxış edib. O, “topçular”ın heyətində 142 oyun keçirib, 62 qol vurub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.