"Çelsi"yə transfer qadağası qoyula bilər - FİFA araşdırmalara başladı

FİFA “Çelsi” ilə bağlı araşdırmalara başlayıb.

Prosport.Az xəbər verir ki, “Çelsi” futbolçu transferi zamanı qayda pozuntularına yol verməkdə ittiham olunur. Məlumata görə, söhbət, 18 yaşa qədər olan 25 futbolçunun transferindən gedir.

Bəzi məlumatlara görə, futbolçuların sayı 25-dən də yuxarı ola bilər. London klubu ittihamları qəbul etmir. FİFA hər hansı qayda pozuntusu aşkar etsə, “Çelsi”yə yeni futbolçuların transferi ilə bağlı qadağa tətbiq olunacaq.

FİFA əvvəllər “Barselona”, “Real” və “Atletiko”nu bu qayda pozuntusuna görə cəzalandırıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.