"Real"da böyük dəyişikliklər astanasında

“Real” rəhbərliyi ciddi dəyişikliklər planı hazırlayır.

Prosport.Az xəbər verir ki, rəhbərlik ilk növbədə hücum xəttini tamamilə dəyişmək niyyətindədi. “Marca”nın iddialarına görə, prezident Florentino Peres yayda olduqca səs-küylü transferlər etməyi planlaşdırır.

Peresin planında PSJ-dən Neymarı, “Bavariya”dan Robert Levandovskini və “Çelsi”dən Eden Hazardı transfer etmək var. Levandovskinin keçidi alınmayacağı təqdirdə, Peres alternativ variant kimi Harri Keyni və ya Mauro İkardini nəzərdə tutub.

Bu plan reallaşacağı təqdirdə, Ronaldo, Beyl və Benzema “Real”ı tərk edəcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.