Keyn Cerrarda çatdı

İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Prosport.Az xəbər verir ki, "Tottenhem"in hücumçusu Harri Keyn ötən ayın ən yaxşı oyunçusu seçilib.

Dekabrda meydana çıxdığı 6 oyunda 8 qol vuran İngiltərə millisinin üzvü karyerasında 6-cı dəfə bu ada layiq görülüb. Bununla da o, "Liverpul"un sabiq futbolçusu Stiven Cerrardın rekorduna şərik olub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.