Messi ilk "10-luq"da

"Barselona”nın superulduzu Lionel Messi İspaniya Kubokunun 1/8 finalında "Selta” ilə keçirilən oyunun birinci hissəsində dubl edib.

Prosport.Az xəbər verir ki, o, turnirdə vurduğu qolların sayını 46-ya çatdıraraq, Kubok tarixinin ən yaxşı on bombardiri sırasına daxil olub.

Hazırda reytinqdə ilk pillənin sahibi hücumçu Telmo Sarradı. O, 1939-1957-ci illər ərzində 81 qol vurub.
 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.