"Bavariya"da 2 itki

"Bavariya"nın futbolçuları Mats Hummels və Robert Levandovski Almaniya Bundesliqasının 18-ci turunda "Bayer"lə oyunu buraxacaqlar.

Prosport.Az xəbər verir ki, bu barədə Münhen klubunun baş məşqçisi Yupp Haynkes məlumat verib. O bildirib ki, hər iki oyunçu matç gününə kimi bərpa olmağa vaxt tapa bilməyəcəklər.

Qeyd edək ki, "Bayer" - "Bavariya" görüşü sabah keçiriləcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.