"Mançester Yunayted"lə "Sevilya" arasında qalmaqal

Çempionlar Liqasının 1/8 final mərhələsində üz-üzə gələcək “Mançester Yunayted” və “Sevilya” arasında qalmaqal yaşanıb.

Prosport.Az xəbər verir ki, ispan klubunun qonaq komandanın azarkeşləri üçün bilet qiymətlərini 54 funt-sterlinqdən 89 funta qaldırması Mançesterdə narazılıqla qarşılanıb.

İngilislər qiymətin aşağı salınması üçün qarşı tərəfə müraciət etsələr də, “Sevilya” rəhbərliyi fikrini dəyişməyib. “Qırmızı şeytanlar” da qiymətləri eyni məbləğdə artırmaqla bağlı qərar qəbul ediblər. “Mançester Yunayted” rəsmiləri bununla aradakı 35 funtluq fərqi aradan qaldırmaq və artıq gəliri azarkeşlərinin səfər oyununa bilet almalarına xərcləmək niyyətindədir.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun İspaniyada baş tutacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.