Uhrin: "Kamran üçün hər şey bitdi"

Çexiyanın “Mlada Boleslav” klubunun baş məşqçisi Duşan Uhrin bir müddət əvvəl bu komandadan ayrılan Kamran Ağayevlə bağlı danışıb.

Prosport.Az xəbər verir ki, Çexiya mətbuatına açıqlamasında baş məşqçi 32 yaşlı qapıçının “Mlada Boleslav”a hazır vəziyyətdə qoşulmadığını bildirib:

“Kamran bizim kluba gələndə hazır deyildi. O, yaxşı formaya düşməyə başlayanda zədələndi. Onun üçün qırmızı vərəqə aldığı oyunda isə demək olar, hər şey bitdi. Amma mən onun zəif qapıçı olduğunu demək istəmirəm. O, sadəcə olaraq, kollektivə və mühitə uyğunlaşa bilmədi”.

Qeyd edək ki, Kamran Ağayev Çexiya klubundan ayrıldıqdan sonra Azərbaycana qayıdaraq, “Keşlə” ilə müqavilə bağlayıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.