Ndlovu çinlilərlə neçə illik müqavilə bağlayıb?

“Qarabağ”dan ayrılan Dino Ndlovunun Çin birinci liqa təmsilçisi “Xançjou Qrintaun”la anlaşması barədə məlumat vermişdik.

Prosport.Az xəbər verir ki, cənubi afrikalı hücumçunun Çin klubuyla müqaviləsinin detalları açıqlanıb. “Kingfut.com” saytının yaydığı məlumata görə, 27 yaşlı futbolçu “Xançjou Qrintaun”la 2 illik müqavilə bağlayıb. “Qarabağ” Ndlovunun keçidindən 675 min funt-sterlinq qazanıb.

Xatırladaq ki, CAR millisinin də üzvü olan hücumçu 2016-cı ildən “Qarabağ”ın uğurları üçün çalışırdı.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.