Foqts komandada zəif nöqtəni baş məşqçidə yox, futbolçularda gördü

Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts Dortmund “Borusiya”sının çıxışı barədə söz açıb.

Prosport.Az xəbər verir ki, Foqts uğursuz çıxışın baş məşqçi ilə bağlı olmadığını deyib. O, zəif matça görə, mərkəz müdafiəçilərini günahlandırıb:

“Borusiya”nın olduqca zəif müdafiəsi var. Əsasən də mərkəz müdafiəçiləri. Bu müdafiəçilər Bundesliqanın əksər klublarında əsas heyətə düşə bilməzlər. Komandanın uğursuz çıxışına görə, baş məşqçi Peter Bos günahkar deyil. Fakt odur ki, komanda rəhbərliyi mövsümün əvvəlində yüksək səviyyəli müdafiəçilər transfer etməyib. Baş məşqçi isə buna görə məsuliyyət daşımır. Klubun Bosa "stavka" etməsi də səhv addım deyildi”.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.