İtaliya komandasında yeni baş məşqçi bəlli oldu

İtaliyanın “Udineze” klubuna yeni baş məşqçi təyin olunub.

Prosport.Az xəbər verir ki, bundan sonra komandanı Massimo Oddo idarə edəcək.  klubun rəsmi saytı bu haqda məlumat yayıb. O, bir müddət öncə istefaya göndərilmiş Luici Delnerini əvəz edib.

Qeyd edək ki, İtaliya yığmasının sabiq müdafiəçisi olan Oddo son olaraq “Peskara” klubunu idarə edib.

“Udineze” A Seriyasında 13 tur ərzində 12 xal toplayıb və 20 iştirakçı arasında 14-cü pillədədir.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.