Krauç Premyer Liqada gülməli rekord müəyyənləşdirdi

“Stok Siti” klubunun forvardı Piter Krauçun Premyer Liqa tarixində rekordu açıqlanıb.
 
Prosport.Az xəbər verir ki, 36 yaşlı futbolçu buna İngiltərə çempionatının XII turunda “Brayton”la matçda (2:2) nail olub.

Söhbət Krauçun meydana sonradan çıxmasından gedir. Bununla təcrübəli hücumçu Premyer Liqada əvəzetmədən qarşılaşmaya qoşulduğu matçların sayını 143-ə çatdırıb. O, “Brayton”la matçda İsveçrə millisinin albanəsilli futbolçusu Cerdan Şaçirini əvəzləyib.

Qeyd edək ki, İngiltərə yığmasının sabiq üzvü karyerası ərzində “Totenhem”, “Kuinz Park Reyncers”, “Portsmut”, “Aston Vila”, “Norviç Siti”, “Sauthempton” və “Liverpul” klublarının da formasını geyinib. 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.