Logo
Səhifəni çap et

Florentino Peres artıq onu əvəzləmək niyyətindədir

Madrid “Real”ının İspaniya çempionatında zəif təsir bağışlaması Zinəddin Zidanın da mövqeyini sarsıdıb.

Prosport.Az xəbər verir ki, “Real”ın prezidenti Florentino Peres artıq Zidanı əvəzləməklə bağlı planlar qurur. O, mövsümün sonunda “Real” heç bir titul qazanmayacağı təqdirdə, Zidanla vidalaşmağı düşünür.

Məlumata görə, Peres Zidanın yerinə namizədi də müəyyənləşdirib. O, Almaniya yığmasının baş məşqçisi Yoahim Lövü komandaya gətirmək istəyir.

Ancaq Peres mövsümün gedişində baş məşqçi dəyişikliyinin əleyhinədi. Prezident mövsümün sonunda bu məsələ ilə bağlı qərar verməyin tərəfdarıdı. Daha doğrusu, Peres DÇ-2018-dən sonra bu planı işə salmaq niyyətindədir.

Copyright ProSport Azerbaijan LTD