Lakazet "Arsenal"da qolla başladı - VİDEO

"Arsenal"ın öz klub tarixində rekord məbləğə - 53 milyon avroya "Lion"dan aldığı Aleksandğ Lakazet ilk oyunundaca qol vurub.

Prosport.Az xəbər verir ki, "Arsenal" yeni mövsüm öncəsi Avstraliyada ilk sınaq matçına çıxıb. Yerli "Sidney" klubu ilə qarşılaşmada "topçular" 2:0 qalib gəlib.

4-cü dəqiqədə "Arsenal"ın alman mərkəz müdafiəçisi Per Meğtesaker hesabı açıb. Lakazet isə meydana 2-ci hissədə daxil olub. Fransalı hücumçu 83-cü dəqiqədə fərqlənib. O, nigeriyalı adaşı Aleks İvobinin qapı önünə ötürməsini yaxşı dəyərləndirib.

Qeyd edək ki, bu matçda "Arsenal"ın digər yeni futbolçusu - bosniyalı Sead Kolasinats da forma geyinib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.