"Qarabağ"dan ayrılan futbolçu Qazaxıstanda ən yaxşı seçildi

2 gün əvvəl Qazaxıstanın "Aktobe" klubu ilə müqavilə bağlamış "Qarabağ"ın sabiq futbolçusu Muarem Muarem debüt matçına çıxıb.

Prosport.Az xəbər verir ki, Makedoniya türkü olan Muarem dünən Qazaxıstan çempionatında ilk matçını keçirib. Onun 90+2-ci dəqiqəyə kimi çıxış etdiyi matçda "Aktobe" "Okjetpes"ə 3:0 qalib gəlib.

"Neftçi"nin sabiq qapıçısı Saşa Stamenkoviçin qapısından keçirilən ilk 2 qolun ötürməsini məhz Muarem verib. Bu üzdən o, oyunun ən yaxşısı seçilib. Muaremə buna görə xüsusi mükafat verilib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.