Ömər Paşayevi təhqir edənlərə ağır cəza

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında birinci divizionun son turunda qeydə alınan qayda pozuntularına da hüquqi qiymət verilib.

Prosport.Az xəbər verir ki, 23-cü turun “Binə” – “Şüvəlan” matçı başa çatdıqdan sonra ev sahibi komandanın rəsmi şəxsləri Rəhman Cəfərov, Süphan Əliyev, Сavid Tanrıverdiyev meydançaya daxil olaraq, ÖmərPaşayevin başçılıq etdiyi hakimlər briqadasını təhqir etdiklərinə görə hər biri 5 oyun cəzalanıb,  klub 1200 manat cərimə olunub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.