Lider Zaqataladan 3 xalla qayıtdı

Azərbaycan birinci divizionunda 14-cü tura yekun vurulub.

Prosport.Az xəbər verir ki, son oyun günündə 3 görüş keçirilib. “Mil-Muğan” doğma meydanda “Ağsu”nu qəbul edib və 4 cavabsız qolla qələbə qazanıb. “Şüvəlan” isə “Binə”ni məğlub yola salıb - 1:0. Lider “Qaradağ Lökbatan” səfərdə autsayder “Zaqatala” ilə üz-üzə gəlib. Qonaqlar bu görüşdə çətin qələbə qazanıb.

“Mil-Muğan” – “Ağsu” 4:0
Qol: Samir Babayev, 42. Şahin Əliyev, 77; 90+3. Samir Babayev, 90+1-pen.

“Şüvəlan” – “Binə” 1:0
Qol: Nuqzar Kvirtiya, 27.

“Zaqatala” – “Qaradağ Lökbatan” 1:2
Qol: Haqverdi Həsənov, 74 – Sabir Allahquliyev, 64. Elvin Adışirinli, 80.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.