Robben "Beşiktaş"a qarşı oynamayacaq

Çempionlar Liqasının 1/8 final mərhələsində sabah “Beşiktaş”ın qonağı olacaq “Bavariya” aparıcı futbolçularından olan Aryen Robbenin xidmətindən istifadə etməyəcək.

Pprosport.Az xəbər verir ki, baş məşqçi Yupp Haynkes hollandiyalı yarımmüdafiəçini İstanbula aparmağa ehtiyac duymayıb.

Zədəli Kinqsli Koman, Koronten Tolisso və Manuel Noyer də “Beşiktaş”la oyunda iştirak etməyəcək.

Qeyd edək ki, komandalar arasında Münhendə keçirilən ilk görüş Almaniya klubunun 5:0 hesablı qələbəsi ilə başa çatıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.