"Mançester Yunayted" "Sevilya"ya qarşı, "Roma" revanş arzusunda

Çempionlar Liqasında 1/8 finalın cavab oyunları davam edir.

Prosport.Az xəbər verir ki, bu gün keçiriləcək görüşlərlə daha iki 1/4 finalçı müəyyənləşəcək. "Qarabağ"ın yer aldığı qrupu lider kimi başa vuran "Roma" öz meydanında "Şaxtyor"la qarşılaşacaq. "Canavarlar" Donetskdə keçirilən ilk görüşdəki 1:2 hesablı məğlubiyyətə baxmayaraq növbəti mərhələyə adlamaq şanslarını saxlayır.

Digər görüşdə isə "Mançester Yunayted" "Sevilya"nı qəbul edəcək. Ötən mövsüm Avropa Liqasının qalibi olan Joze Mourinyonun komandası səfərdə heç-heçə etdiyi rəqibini doğma azarkeşlər önündə məğlub etməyə çalışacaq.

Sabah keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.
   
23:45 “Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) (İlk oyun - 1:2)

23:45 “Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) (İlk oyun – 0:0)

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.