UEFA reytinqində Azərbaycanın mövqeyi dəyişmədi

Çempionlar Liqasının 1/8 final, Avropa Liqasının 1/16 final mərhələsinin oyunlarından sonra UEFA reytinqi açıqlanıb.

Prosport.Az xəbər verir ki, keçirilən  matçlardan sonra ölkəmizin mövqeyində dəyişiklik olmayıb. Avrokuboklar mövsümünü başa vuran Azərbaycanın 19.125 xalla 23 pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə olan İsveçin 19.475 xalı var.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.