AL: "Atletiko", "Arsenal" və "Milan" 1/8 finala bir addım yaxınlaşdı

Avropa Liqasında 1/16 final həyəcanı davam edir.

Prosport.Az xəbər verir ki, bu gün mərhələnin ilk oyunları çərçivəsində daha 15 görüş keçiriləcək.

London  "Arsenal"ı İsveçdə "Ostersund"un qonağı olacaq. "Milan" isə "Ludoqorets"lə səfər qarşılaşmasına çıxacaq. Dortmund "Borussiya"sı öz meydanında "Atalanta"nı sınağa çəkəcək. 

Bu mövsüm “Qarabağ”ın Çempionlar Liqasında rəqibləri olmuş “Kopenhagen”lə “Atletiko”nun dueli də maraqla gözlənilir. Danimarkalılar pley-offda Ağdam təmsilçisinə təslim olmuşdusa, Madrid təmsilçisi qrupda keçirdiyi hər iki görüşdə heç-heçə (0:0, 1:1) etmişdi.

Avropa Liqası

1/16 final mərhələsi, ilk oyunlar

20:00. "Astana" (Qazaxıstan) - "Sportinq" (Portuqaliya) 1:3

22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Atalanta" (İtaliya) 3:2

22:00. "Ludoqorets" (Bolqarıstan) - "Milan" (İtaliya) 0:3

22:00. "Marsel" (Fransa) - "Braqa" (Portuqaliya) 3:0

22:00. "Nitsa" (Fransa) - "Lokomotiv" (Rusiya) 2:3

22:00. "Ostersund" (İsveç) - "Arsenal" (İngiltərə) 0:3

22:00. "Real Sosyedad" (İspaniya) - "Zalsburq" (Avstriya) 2:2

22:00. "Spartak" (Moskva, Rusiya) - "Atletik" (İspaniya) 1:3

00:05. AEK (Yunanıstan) - "Dinamo" (Ukrayna) 1:1

00:05.  "Seltik" (Şotlandiya) - "Zenit" (Rusiya) 1:0

00:05. "Kopenhagen" (Danimarka) - "Atletiko" (İspaniya) 1:4

00:05. "Styaua" (Rumıniya) - "Latsio" (İtaliya) 1:0

00:05. "Lion" (Fransa) - "Vilyarreal" (İspaniya) 3:1

00:05. "Napoli" (İtaliya) - "Leypziq" (Almaniya) 1:3

00:05. "Partizan" (Serbiya) - "Viktoriya" (Çexiya) 1:1

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.