"Qarabağ"dan azarkeşlərə "Çelsi" ilə oyun öncəsi bilgi

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinin V turunda Bakı Olimpiya Stadionunda “Çelsi”ni qəbul edəcək.

Prosport.Az xəbər verir ki, "Qarabağ" azarkeşlərdən xahiş edir ki, girişdə qarışıqlıq yaşamamaq üçün arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən istifadə edilsin.

Çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır. İctimai dayanacaqla bağlı N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir.

Qeyd edək ki, Heydər Əliyev prospektində yerləşən ictimai dayanacaq oyundan 3 saat əvvəl açıq olacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.