Bakıda 1 oyuna 58 min bilet satıldı!

"Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir.

Prosport.Az xəbər verir ki, dünənə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 58 minə çatıb. Satışda yalnız 2 manatlıq biletlər qalıb.

Azarkeş biletləri müəyyən satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.