"Qəbələ" və "Zirə"nin rəqibləri Polşa və Rumıniya çempionatına 1:0-lıq qələbə ilə başladılar

UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qəbələ”nin və "Zirə"nin rəqibləri çempionat oyunlarına start verib.

Prosport.Az xəbər verir ki, "Qəbələ"nin rəqibi “Yaqelonnia” Polşa çempionatında “Bruk-Bet Termalitsa” ilə səfərdə üz-üzə gəlib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçdakı yeganə qola Lukaş Sekulski imza atıb. O, 47-ci dəqiqədə penaltidən fərqlənib.

“Zirə”nin rəqibi olan “Astra” da milli çempionatda ilk matçına çıxıb. Sözügedən komanda açılış turunda doğma meydanda debütant “Sepsi” ilə qarşılaşıb. Meydan sahibləri bu oyundan 1:0 hesablı qələbə ilə ayrılıblar. “Zirə”nin rəqibinin yeganə qolunu 50-ci dəqiqədə keçmiş “Qəbələ”li Markinyos vurub.

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.