"Qəbələ" Polşaya çatdı və Varşavada hazırlıqlara başladı

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin “Yaqelonnia” ilə iyulun 20-də keçiriləcək cavab oyununa hazırlaşan “Qəbələ” Polşaya yollanıb.

Prosport.Az xəbər verir ki, “qırmızı-qaralar” bu gün Varşavada ilk məşqinə çıxıb. Günün ilk yarısında Polşa paytaxtına çatan komandamız axşam məşqi ilə kifayətlənib. “Reqent” otelində məskunlaşan “qırmızı-qaralar” məşqini “Drukaj” klubunun stadionunda gerçəkləşdirib.

Futbolçular toplu və topsuz təmrinləri icra edib. “Qəbələ” iyulun 17-18-də də Varşavadakı bu arenada hazırlıq keçdikdən sonra oyunun baş tutacağı Belostok şəhərinə yollanacaq.

Xatırladaq ki, iyulun 20-də baş tutacaq “Yaqelonnia” – “Qəbələ” qarşılaşması Belostok şəhər stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.