"Qarabağ"ın oyunu serb hakimi Gürcüstanda qalmağa vadar etdi

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçiriləcək “Samtredia” – “Qarabağ” oyununun təyinatları açıqlanıb.

Prosport.Az xəbər verir ki, qarşılaşmanı Serbiyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Srcan Yovanoviç olacaq. Ona yan xəttlərdə Uroş Stoykoviç və Milan Mixayloviç kömək edəcək. Dördüncü hakim funksiyasını Marko Popoviç yerinə yetirəcək. Hakimlərin işinə Macarıstandan olan Laslo Vaqner qiymət verəcək. Matçın UEFA nümayəndəsi rumıniyalı Pol Daniel Zaharya olacaq.

Bu hakim dünən Gürcüstanın paytaxtı Tbilisidə U-19-ların Avropa çempionatında Portuqaliya - İngiltərə oyununu idarə edib. İngilislərdən Adetayo Eduna 86-cı dəqiqədə qırmızı vərəqə göstərilsə də, futbolun yaradıcıları qalib gəlib - 2:1. Srcan Yovanoviç 2 gün sonra keçiriləcək "Samtredia" - "Qarabağ" oyunu üçün Gürcüstanda qalmalı olub.

Qeyd edək ki, iyulun 18-i Boris Payçadze adına stadionda keçiriləcək oyun saat 21:00-da başlayacaq. Qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayınlanacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.