Qurban Qurbanovdan püşkə münasibət

Bu gün Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

Prosport.Az xəbər verir ki, “Qarabağ”ın “Samtredia”nı məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq.

Baş məşqçi Qurban Qurbanov püşklə bağlı öz fikirlərini klubun rəsmi saytına açıqlamasında bildirib: “Hazırda bizi nə “Şerif, nə də “Kukesi” maraqlandırır. İyulun 18-i baş tutacaq “Samtredia”yla cavab oyununa hazırlaşırıq. Bütün fikrimizi bu qarşılaşmaya yönəltmişik”.

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.