"Qarabağ"la oyuna "Şerif" gələ bilər

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

Prosport.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə növbəti raundun 15 cütü bəlli olub.

Püşkatma iki hissədə keçirilib. Çempionlar yolunda II təsnifat mərhələsinin 17 cütü və mübarizəyə yeni qoşulacaq 3 komanda çıxış edəcək. Onlar 10 cütlük təşkil edib.

Tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşib. II təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə qarşılaşan Ağdam təmsilçisinin yer aldığı cütün rəqibi “Şerif” (Moldova) – “Kukesi” (Albaniya) ilə qarşılaşacaq. Bu cütdə ilk görüş Azərbaycan və Gürcüstan çempionlarının qalibinin meydanında keçiriləcək.

“Şerif” Albaniya təmsilçisi ilə ilk qarşılaşmada qalib gəlib. Belə ki, Moidovadakı matçda meydan sahibləri 1:0 hesabına sevinib.

Öz ölkəsində çempion olmayan 10 klub isə 5 cütlük təşkil edib.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları iyulun 25-26-da və avqustun 1-2-də keçiriləcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

“Slaviya” (Çexiya)/BATE (Belarus) - “Alaskert” (Ermənistan) cütünün qalibi

“Spartak” (Latviya) - “Astana” (Qazaxıstan) cütünün qalibi/“Mariehamn” (Finlandiya) - “Leqiya” (Polşa) cütünün qalibi

“Zrinski” (Bosniya və Herseqovina) - “Maribor” (Sloveniya) cütünün qalibi/“Habnarfyürdur” (İslandiya) - “Vikinqur” (Farer adaları) cütünün qalibi

“Jilina” (Slovakiya) - “Kopenhagen” (Danimarka) cütünün qalibi/“Malmö” (İsveç) - “Vardar” (Makedoniya) cütünün qalibi

“Linfild” (Şimali İrlandiya) - “Seltik” (Şotlandiya) cütünün qalibi/“Dandalk” (İrlandiya) - “Rusenborq” (Norveç) cütünün qalibi

“Hapoel” (Beyer Şeva, İsrail) - “Honved” (Macarıstan) cütünün qalibi/“Jalqiris” (Litva) – “Ludoqorets” (Bolqarıstan) cütünün qalibi

 “Viitorul” (Rumıniya)/APOEL (Kipr) - “Düdlanj” (Lüksemburq) cütünün qalibi

“Hibernians” (Malta) - “Zalsburq” (Avstriya) cütünün qalibi/“Riyeka” (Xorvatiya) - TNS (Uels) cütünün qalibi

“Qarabağ” (Azərbaycan) -“Samtredia” (Gürcüstan) cütünün qalibi/“Şerif” (Moldova) - “Kukesi” (Albaniya) cütünün qalibi

“Partizan” (Serbiya) - “Buduçnost” (Monteneqro) cütünün qalibi/“Olimpiakos” (Yunanıstan)

Qeyri-çempionlar yolu

“Styaua” (Rumıniya) - “Viktoriya” (Çexiya)

“Nitsa” (Fransa) - “Ayaks” (Hollandiya)

“Dinamo” (Kiyev, Ukrayna) - “Yanq Boyz” (İsveçrə)

AEK (Yunanıstan) - MOİK (Rusiya)

“Brüqe” (Belçika) - “Başakşehir” (Türkiyə)

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.