Azərbaycan millisi Slovakiyada yenilməzdir

16 yaşadək eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Slovakiyanın Preşov şəhərində təşkil olunmuş beynəlxalq futzal turnirinin II dövrəsində Azərbaycan yığması bu gün daha 2 oyun keçirib.
 
Prosport.Az xəbər verir ki, komandamız 1 heç-heçə və 1 qələbə ilə günü başa vurub:
 
Azərbaycan – Slovakiya 2:2
Polşa-A – Azərbaycan 1:3
 
Qeyd edək ki, II dövrədə millimiz qazaxları 5:0, Poşanın B komandasını isə 8:0 məğlub etmişdi.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.