"Zirə"nin Rumıniyadakı oyunu canlı göstəriləcək

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin "Astra" - "Zirə" oyununu göstəriləcək.

Prosport.Az xəbər verir ki, televiziya vasitəsilə canlı yayınlanması üçün aparılan danışıqlar müsbət nəticələnib. Belə ki, Bakı vaxtilə saat 21:30-da başlayacaq oyun "CBC Sport" vasitəsilə canlı yayınlanacaq.

Qeyd edək ki, "Zirə"nin I təsnifat mərhələsi çərçivəsində "Düdlanj"la Lüksemburqdakı oyununu KATV-də göstərən "Sport FM" kanalı canlı təqdim etmişdi.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.