"Pole Çudes"in məşhur aparıcısı "Qarabağ"lı çıxdı - FOTO

Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Samtredia” oyununu izləyənlər arasında məşhur qonaq da olub.

Prosport.Az xəbər verir ki, uzun illər Rusiya teleməkanında reytinq rekordçusu olan “Pole çudes” proqramının əfsanəvi aparıcısı Leonid Yakuboviç çempionumuzun matçını izləməyə gəlib.

Leonid Arkadyeviç paytaxtımıza “Azərsun Holdinq” Şirkətlər Qrupunun dəvətilə təşrif buyurub. Buna səbəb “Azərçay”ın Yakuboviçin aparıcı olduğu proqramın baş sponsoru olmasıdır.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.