"Qarabağ" "Samtredia"nı "Qəbələ"dən də pis günə qoydu

“Qarabağ” bu gün yeni avrokubok mövsümünə start verib.

Prosport.Az xəbər verir ki, Azərbaycan çempionu ardıcıl 4-cü dəfə qatıldığı Çempionlar Liqasında ilk görüşünə çıxıb. Qitənin ən nüfuzlu turnirinə II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisi “Samtredia” ilə üz-üzə gəlib.

Komandamız ilk oyunda artıq cütün taleyinə aydınlıq gətirib - 5:0. Beləliklə, Gürcüstan təmsilçisi ötən il "Qəbələ" ilə oyunda olduğu kimi (5:1) bu dəfə də paytaxtımızdan biabırçı məğlubiyyətlə ayrılıb.

Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

11 iyul

 

“Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:0

Qollar: Əfran İsmayılov, 10 (pen.), Dino Ndlovu, 37, 45+1 (pen.), Vil-Donald Qerye, 83, Miçel, 90+2

 

Baş hakim: Mete Kalkavan

Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik

Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)

UEFA nümayəndəsi: Qrehem Hover (İngiltərə)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

 

“Qarabağ”: 13. İbrahim Şexiç (q), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski (q), 7. Rahid Əmirquliyev, 17. Vild-Donald Qerye, 20. Rişard Almeyda, 21. Arif Daşdəmirov, 44. Ağabala Ramazanov, 52. Yakub Jezniçak

Baş məşqçi: Qurban Qurbanov

 

“Samtredia”: 12. Omar Miqineişvili (q), 3. Laşa Kasradze, 4. Nika Sandoxadze, 6. Ciuli Mancqaladze, 7. Davit Razamaşvili, 8. Teymuraz Markozaşvili, 10. Nikolozi Sabanadze, 22. Georgi Mçedlişvili, 24. Bakar Balde, 26. Georgi Datunaşvili, 77. Quram Samuşiya

Ehtiyat oyunçular: 30. İlya Sturua, 2. Davit Mtivlişvili, 11. Georgi Beriaşvili, 14. Davit Cikia, 17. Akaki Ninua, 18. Cemal Qoqiaşvili, 21. Qiqla Burkadze

Baş məşqçi: Georgi Tsetsadze

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.