Futbol millimiz polşalıların qapısına 26 qol vurdu

16 yaşadək eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Slovakiyanın Preşov şəhərində təşkil olunmuş beynəlxalq futzal turnirində Azərbaycan yığması I dövrənin oyunlarını keçirib.

Prosport.Az xəbər verir ki, komandamız rəqiblərini darmadağın edib. Cəmi 3 top buraxan yığmamız 38 qol vurub.

Belə ki, millimiz Qazaxıstan yığmasını 7:1, Polşa-B komandasını 16:0, Slovakiya yığmasını 5:0, Polşa-A kollektivini isə 10:2 hesabı ilə məğlub edib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.