Dindar Qurban Qurbanova şərab belə hədiyyə olundu - VİDEO

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova şərab hədiyyə olunub.

Prosport.Az xəbər verir ki, bu, futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Samtredia” ilə ilk oyundan əvvəl təşkil edilən mətbuat konfransında baş verib.

Gürcüstandan Bakıya gəlmiş georgiaonline.ge saytının əməkdaşı Tengiz Paçkoriya Qurbanovu Azərbaycan dilində salamlayıb və öz hədiyyəsini təqdim edib. Çaxırdan başqa, üzərində Gürcüstan bayrağı olan qədəh və qələm də təqdim olunub. Lakin şərabı Ağdam klubunun mətbuat katibi Nurlan İbrahimov qəbul edib.

Vaxtı ilə Gürcüstanda legioner karyerası yaşamış Q.Qurbanov əcnəbi jurnalistə təşəkkür edərək, inanclı bir insan olduğunu və şərab içmədiyini bildirib. O, Gürcüstan xalqına böyük hörmətinin olduğunu ifadə edib. Qurbanov həmçinin söz verib ki, Tbilisidə keçiriləcək cavab oyunu öncəsi jurnalistə hədiyyə verəcək. Aşağıda yerləşdirdiyimiz videonun 1.20-2.20-ci dəqiqələrində bu anı görə bilərsiniz.

Qeyd edək ki, iyulun 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Samtredia” oyunu saat 21:00-da başlayacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.