Onlar kubokun finalını buraxacaqlar

"Qəbələ"nin iki, "Keşlə"nin bir futbolçusu Azərbaycan kubokunun final oyununu buraxacaq.

Prosport.Az xəbər verir ki, buna səbəb onların sarı vərəqə limitini doldurmalarıdır.

"Qəbələ"dən Ürfan Abbasov və Ruslan Qurbanov "Neftçi" ilə cavab oyununda sarı vərəqə alaraq cəzalı duruma düşüb. "Keşlə"də isə Fuad Bayramov "Sumqayıt"la cavab görüşündə  turnirdə 2-ci dəfə xəbərdarlıq aldığına görə həlledici matçda oynamayacaq.

Qeyd edək ki, "Qəbələ" - "Keşlə" oyunu mayın 28-də Qəbələdə olacaq.

 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.