Maksimov Həsənəlizadəni vurmaq istədi

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab matçı – “Sumqayıt” – “Keşlə” oyunu zamanı qalmaqal baş verib.

Prosport.Az xəbər verir ki, 70-ci dəqiqədə qonaq komandanın baş məşqçisi Yuri Maksimov meydan sahiblərinin müdafiəçisi Bəxtiyar Həsənalizadəni əvvəlcə itələyib, sonra isə ayağına zərbə endirməyə cəhd göstərib. Bu, Bəxtiyarın rəqib futbolçuya sürüşmə fəndi etdikdən sonra “Keşlə”nin texniki zonasına yaxınlaşdığı vaxt baş verib. Maksimovun hərəkətindən sonra meydanda qısa müddətə ara qarışıb, amma futbolçular hadisələrin daha da böyüməsinə imkan verməyib.

Qeyd edək ki, bu hərəkətinə görə baş hakim Əliyar Ağayev Yuri Maksimova qırmızı vərəqə göstərərək onu texniki zonadan uzaqlaşdırıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.