Samir Abasov cəzalandırıldı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Prosport.Az xəbər verir ki, İK Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyununda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

Aərbaycan Kubokunun 1/2 final mərhələsinin “Qəbələ” – “Neftçi” matçının 68-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Oyunun 71-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.

Azərbaycan Kubokunun 1/2 final mərhələsinin “Keşlə” – “Sumqayıt” matçının 80-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb,  klub 800 manat cərimə olunub.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.