Rafael Ağayev öz ad gününü tanınmış idmançılarla keçirdi – FOTO/VİDEO

Karate üzrə beşqat dünya, onbirqat Avropa çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi Rafael Ağayev ad gününü dostları ilə qeyd edib.

Prosport.Az xəbər verir ki, Rafael Ağayev 34 yaşını məşhur kikboksçumuz Zabit Səmədov, sərbəst güləş üzrə Olimpiya mükafatçımız, üçqat dünya və ikiqat Avropa çempionumuz, İslamiadanın qalibi Hacı Əliyev, karateçimiz Firdovsi Fərzəliyev, karate millimizin baş məşqçisi Bahattin Kandaz və müstəqil Azərbaycanın karate üzrə ilk çempionlarından olan İlyas Xəlilovla birgə keçirib.

Həmin anın görüntülərini təqdim edirik:

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.