Bu məsələyə birdəfəlik son! Pedro Enrike “Qarabağ”a gələsi olmadı

Mövsümün ilk yarısını icarə əsasında Qazaxıstanın “Astana” klubunda keçirən Pedro Enrike müqavilə ilə məxsus olduğu PAOK-a qayıdıb.

Prosport.Az xəbər verir ki, bu barədə Yunanıstan klubunun rəsmi saytı açıqlama yayıb. 

Məlumatda braziliyalı futbolçunun 2017-ci ilin yayında – transfer pəncərəsinin son günündə “Qarabağ”a keçməsi və Ağdam klubunun heyətində ən böyük arzularından biri olan Çempionlar Liqasında oynaması, həmçinin, onun ÇL-in qrup mərhələsində Azərbaycan təmsilçisinin ilk qolunun (“Roma” ilə oyun – 1:2) müəllifi kimi tarixə düşməsi də qeyd olunub.

Xatırladaq ki, Pedro Enrikenin PAOK-la 2020-ci ilin yayına qədər müqaviləsi var. O, ötən mövsüm icarə əsasında “Qarabağ”da oynayıb.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.