“Tofiq Bəhramov”un damı uçub – Stadiondan AÇIQLAMA

Tofiq Bəhramov adına Respublika Stadionunun damı uçub.

Prosport.Az bu məqsədlə arenanın direktoru Şamil Quliyevin fikirlərini öyrənib: 

“Güclü külək olan zaman dam örtüyü qopub. Külək məhz o istiqamətdən güclü olduğundan, o yer qopub. Bu stadionun tikintisi ilə 2012-ci ildə cənubi koreyalı mütəxəssislər məşğul olub. Onları yenidən bura dəvət etdik ki, öz məsləhətlərini, rəylərini versinlər. Çünki bu xaricdən gətirilmə materialdır. Örtüyün bərpası ilə yerli mütəxəssislər məşğul olacaq. Bərpa prosesi uzağı bir həftə çəkəcək. 650 dərəcə temperaturda həmin örtük xüsusi texnologiya vasitəsilə yapışdırılacaq. 

Həmin yerlər yamaq kimi görünməyəcək. Çünki örtükdə cırılma yoxdur, sadəcə qopub. Əmin edə bilərəm ki, bu yer daha qopmayacaq”.

Qeyd edək ki, bu stadionda fevralın 3-də Azərbaycan Premyer Liqasının “Qarabağ” – “Neftçi” görüşü keçiriləcək. XV turun görüşü saat 18:30-da başlayacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.