“Qarabağ” – “Neftçi” oyununda sükut olacaq

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” oyunu sükutla başlayacaq.

Bu barədə Prosport.Az-a Ağdam klubundan məlumat verilib.

Buna səbəb “Qarabağ” klubunun təsisçilərindən biri olmuş Adil Nadirovun dünyasını dəyişməsidir.

Klubdan bildirilib ki, oyun fevralın 3-də olsa da, bir dəqiqəlik sükut üçün Peşəkar Futbol Liqasına müraciət ediləcək.

Qeyd edilib ki, A.Nadirovun mədə-bağırsaq sistemində narahatçılığı olub. Onun həmçinin ürək nahiyəsindən şikayətləndiyi və tez-tez xəstəxanaya getdiyi bildirilib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.