“Qarabağ” yenə “Şaxtyor”la bacarmadı

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ” sonuncu yoxlama oyununu keçirib.
 
Prosport.Az xəbər verir ki, Ağdam klubu Ukrayna çempionu “Şaxtyor”la qarşılaşıb. 
 
Güclü külək şəraitində keçən qarşılaşmada komandamız 1:3 hesabı ilə uduzub. Komandamızın yeganə qoluna 64-cü dəqiqədə Abdulla Zubir imza atıb. 80-ci dəqiqədə isə İnosent Emeqaraya qarşı edilən kobubluğa görə təyin olunmuş penalti zərbəsini Riçard Almeyda tirə vurub.
 
Qeyd edək ki, “Qarabağ” əvvəl də Donetsk klubu ilə yoxlama oyunlarında üz-üzə gəlib və hamısında uduzub.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.