“Keşlə” Türkiyədə ilk və son qələbəsini qazandı

"Keşlə" Antalya toplanışını başa vurub.

Prosport.Az xəbər verir ki, paytaxt təmsilçisi bu gün son yoxlama görüşünə çıxıb.

Tərlan Əhmədovun yetirmələri Türkiyədəki dördüncü sınağında "Çertanovo" ilə qarşılaşıb. Komandamız Rusiya klubunu cinah müdafiəçisi Slavik Alxasovun vurduğu qolla məğlub edib.

Qeyd edək ki, əvvəlki üç matçında bir dəfə heç-heçə edib, iki dəfə məğlub olan "Keşlə" bununla da ilk qələbəsini qazanıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.