Nazim Süleymanov özünə iş yeri tapdı

“Sumqayıt” Futbol Klubunda prezident Riad Rəfiyevin iştirakı ilə Müşahidə Şurasının növbəti iclası keçirilib.
 
Prosport.Az xəbər verir ki, iclasda qarşıya qoyulan əsas məsələ komandanın baş məşqçisinin müəyyənləşdirilməsi olub. 
 
Şura üzvləri Nazim Süleymanovun namizədliyini müsbət qarşılayıb. Beləliklə, adıçəkilən mütəxəssis qarşıdakı 2 mövsümdə “Sumqayıt” FK-nın baş məşqçisi vəzifəsini yerinə yetirəcək. Nəzərinizə çatdıraq ki, köməkçi məşqçilər haqqında məlumat yaxın günlərdə klubun rəsmi internet səhifəsində açıqlanacaq.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.