“Neftçi” rumın və italyan məşqçi arasında seçimini etdi

“Neftçi”nin yeni baş məşqçisinin adı bəlli olub.

Prosport.Az-a klubun Müşahidə Şurasından verilən məlumata görə, “Neftçi”nin yeni baş məşqçisi Liviya doğumlu italiyalı baş məşqçi Roberto Bordin olub.

Qeyd edək ki, buna klubun Müşahidə Şurasının keçirdiyi iclasda qərar verilib. Onunla iki illik müqavilə bağlanılacaq və ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, bu posta rumıniyalı Marius Şumudike də namizəd idi. Lakin klub onunla maliyyə məsələsində razılığa gələ bilməyib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.