"Neftçi" "Keşlə, "Qəbələ" "Kəpəz" ilə üz-üzə

Azərbaycan Premyer Liqada XXV turun oyunları davam edir.

Prosport.Az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək. "Keşlə" öz meydanında "Neftçi"ni qəbul edəcək. Qonaqlar qələbə qazansa, 3-cü pilləyə yüksələcək. Kubokun finalna vəsiqə qazanan Yuri Maksimovun komandasının isə aşağı pillələrdən qurtulmaq üçün bir neçə qələbəyə ehtiyacı var.

Günün digər oyununda ikincilik uğrunda yarışan "Qəbələ" autsayder "Kəpəz"i qəbul edəcək.

Qeyd edək ki, turun son oyunu bazar günü keçiriləcək. 

16:00 “Keşlə” - “Neftçi”
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Nahid Əliyev, Ömər Paşayev
“İnter Arena”

18:00 “Qəbələ” - “Kəpəz”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Qəbələ şəhər stadionu
 

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.