"Zirə" vacib oyunda "Qarabağ"a məğlub oldu - YENİLƏNİB

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start verilib. 

Prosport.Az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçirilib. Turun açılış matçında “Zirə” öz meydanında “Qarabağ”ı qəbul edib.

Ağdam klubu artıq çempionluğunu təmin etmişdi. Lakin “Qarabağ”damn fərqli olaraq, “Zirə” üçün bugünkü görüşdə qələbə çox vacib idi. Mövsümün ikinci yarısında uğursuz çıxışla yadda qalan Ayxan Abbasovun komandası Avroliqaya yollanmaq şansını biraz da çətinləşdirib. Qəsəbə komandası əzmkar oyuna rəğmən, bu dəfə də meydanı məğlub tərəf kimi tərk edib - 1:2

Qeyd edək ki, turun digər oyunları şənbə və bazar günü keçiriləcək. 

19:00 “Zirə” - “Qarabağ” 1:2

Qol: Aleksandr Dedov, 61 - Donald Gerye, 55. Miçel, 90+2.
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Elman Musayev, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.