“Neftçi” bəyanat yaydı

Mətbuatda yayılan transfer xəbərləri “Neftçi” klubunu narahat edib.

Prosport.Az xəbər verir ki, klub rəhbərliyi bununla bağlı bəyanat yayıb.

“Ağ-qaralar” bəyanatda həmin məlumatların həqiqətə uyğun olmadığını bildirib:

“Son vaxtlar kütləvi informasiya vasitələrində “Neftçi” PFK-nın transfer siyasəti ilə bağlı həqiqətə uyğun olmayan çoxsaylı xəbərlərə rast gəlinir. Bəzi KİV nümayəndələri klubumuzun adından sui-istifadə edir, müxtəlif futbolçuların “Neftçi” PFK ilə anlaşdığı haqda dezinformasiyalar yayır.

“Neftçi” PFK tək transfer deyil, bütün məsələlərdə müvafiq qanunlar çərçivəsində hərəkət edib, futbolçunun və onun məxsus olduğu klubun haqlarını pozmayıb və bundan sonra da prinsiplərini dəyişməyəcək.

Transfer çalışmalarında hər hansı yeniliklə bağlı klubun rəsmi şəxslərindən və mənbələrindən məlumat almağınız tövsiyə olunur”.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.