FİFA prezidenti "Qarabağ"ı təbrik etdi

FİFA-nın prezidenti Canni İnfantino  "Qarabağ"ı Topaz Premyer Liqasının 2017/2018-ci il mövsümünün qalibi olması, ardıcıl 5-ci dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.

Prosport.az-ın AFFA-nın saytına istinadən xəbər verir ki,bununla bağlı o, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda bildirib.

Qeyd edək ki, Ağdam klubu yarışın bitməsinə 4 tur qalmış çempionluğu rəsmiləşdirib.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.