Emin Mahmudovla Orxan Sadıqlının cəzası ləğv edildi

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Prosport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXIV turunda keçirilmiş oyunlarla bağlı müəyyən qərarlar qəbul olunub:

“Neftçi” – “Qəbələ” matçının 63-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Emin Mahmudov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub.  Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi Mahmudova verilən ikinci sarı vərəqəni ləğv edib.

“Keşlə” – “Zirə” matçının 45-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Orxan Sadıqlı qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi Sadıqlının sarı vərəqəsini ləğv edib.

“Sumqayıt” – “Qarabağ” matçı başa çatdıqdan sonra “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov, məşqçisi Seymur Rəhimov və rəsmi şəxsi Elnur İbişov hakimə qarşı emosional tərzdə etiraz ediblər. Bu səbəbdən adları çəkilən şəxslərə xəbərdarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə şəxslər cəzalanacaq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.